Şimali Koreya yaxın mənzilli 2 raketi sınaqdan keçirib

Şimali Koreya yaxın mənzilli 2 raketi sınaqdan keçirib
# 29 iyun 2014 04:34 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya Koreya yarımadasının şərq sahillərindən Yapon dənizinə yaxın mənzilli 2 raket buraxıb. APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Raketlər yerli vaxtla saat 5.00-da ölkənin şərq sahillərindən buraxılıb”, deyə Şimali Koreya Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.

Xatırladaq ki, iyunun 26-da Şimali Koreya Yapon dənizinə yaxın mənzilli 3 raket buraxıb. Məlumata görə, ölkə lideri Kim Çen In raketlərin sınaqdan keçirilməsini izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR