APA Dağlıq Qarabağla bağlı ən çox xəbər yayan media orqanıdır

APA Dağlıq Qarabağla bağlı ən çox xəbər yayan media orqanıdır
# 11 aprel 2014 14:52 (UTC +04:00)

MŞ-dan APA-ya verilən məlumata görə, icrasına bu il martın 1-dən başlanan layihənin rəhbəri Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

Layihə çərçivəsində gerçəkləşdirilən başlıca fəaliyyət respublikada müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-in monitorinqidir. Bu məqsədlə 17 qəzet və 21 onlayn media orqanının gündəlik materialları nəzərdən keçirilir. Prosesdə KİV-in Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə yer ayırmasına xüsusi diqqət yetirilir.

Mart ayının yekunlarına əsasən, monitorinqi aparılan KİV-də Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərc olunub. Yazılardan 840-nın (80,2%) online mediada, 208-nin (19,8%) isə mətbuatda yer aldığı müəyyənləşdirilib.

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən «Üç nöqtə» qəzeti olub. Online mediada isə ilk üçlükdə APA, AzərTAc və Musavat.com saytları yer alıb.

Monitorinq çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşılmasına da diqqət yetirilib. Məlum olub ki, materialların 37%-i atəşkəsin pozulması ilə bağlı xəbərlərdir. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımının tanınması və Xocalı soyqırımı ilə bağlı tədbirlərin işıqlandırılmasıdır. Mətbuatda getmiş məqalələrin 20%-i məhz bu mövzudadır. Üçüncü nəzərəçarpacaq meyl isə Dağlıq Qarabağ münaqişəsinin adının Krımda baş verən olaylar kontekstində çəkilməsidir (13,0%). Materialların 12%-i ATƏT-in Minsk Qrupu və digər qurumların Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə həsr olunub. Digər mövzulara isə 18,0% yer verilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin mediada diqqət mərkəzində saxlanmasının stimullaşdırılmasına hesablanmış layihə çərçivəsində monitorinq növbəti aylarda da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR