İstanbul və Ankarda aksiyalar davam edir - FOTO

İstanbul və Ankarda aksiyalar davam edir - <span style="color: red;">FOTO
# 02 iyun 2013 19:26 (UTC +04:00)

Polis qüvvələrinin 1 iyunda bölgədən çəkilməsindən sonra vətəndaşların Gəzinti parkına və Taksim meydanına axını güclənib. Vətəndaşların, QHT-lərin və sol dünyagörüşü müdafiə edən siyasi partiyaların dəstək verdiyi aksiyada gənclərin fəallığı diqqəti cəlb edir. Taksim meydanında qurulmuş platformanın üzərində çıxış edən gənclik təşkilatlarının təmsilçiləri “əməyin müqəddəsliyini axıra qədər müdafiə edəcəklərini” və istədikləri nəticəni əldə edənə qədər mübarizəyə davam edəcəklərini vurğulayıblar.

Meydanda hazırkı hökuməti istefaya çağıran şüarlar səsləndirilib.Taksim meydanındakı Cümhuriyyət abidəsinə Türk bayraqları və şüarlar asan vətəndaşlar dünyəvi cümhuriyyətə dəstək şüarları səsləndiriblər. İstiqlal prospektindən Taksim meydanına çıxan aksiyaçılar “Mustafa Kamalın əsgərləriyik”, “Cumhuriyyət qalacaq, Tayyip yıxılacaq” kimi şüarlar səsləndiriblər.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə bugünkü çıxışında Taksimdə məscid də tikəcəklərini vurğulayıb. “Taksimdə məscid də tikəcəyik, bunun icazəsini də gedib CHP sədrindən və ya bir neçə oğru-quldurdan alacaq deyiləm. Bunun icazəsini bizə səs verənlər verdi”-deyib. Ərdoğan bölgədə müəyyən müddətdən bəri qapalı olan Atatürk mədəniyyət mərkəzinin də sökülərək yerində yeni mədəniyyət mərkəzi tikiləcəyini bildirib. Baş nazir Ərdoğan müxalifətin onun haqqında “diktator” ifadəsini işlətməsinə də əsəbini ifadə edib.

Türkiyədə davam edən etiraz aksiyalarıyla bağlı növbəti açıqlamasını verən Amnistiy İnternetional “bundan sonra ölüm və yaralanmalara yol açılmaması üçün aksiyaçıların əsas haqq və azadlıqlardan istifadə etməsinə icazə verilməsini” hökumətdən istəyib. Təşkilat Türkiyədəki aksiyalarda polisin çox qüvvə tətbiq etməsi və sərt davranışı nəticəsində 2 nəfərin öldüyünü, 1000 nəfərin isə yaralandığını bildirib.Təşkilat indiyə qədər həbs edilən 49 nəfərin onlara şikayət ərizəsi yazdığını da açıqlayıb.

İstanbulun Gəzinti parkındakı dinc aksiyanın bu gecə də davam etməsi gözlənilir. Gecəni parkda keçirmək istəyənlərə pulsuz yemək-içmək, paltar, qaz maskası verilir.

Xəbər agentliklərinin Ankaradan bildirdiyinə görə, İstanbuldakı aksiyaya dəstək üçün Ankaranın mərkəzi parklarına toplaşanlara da polis sərt müdaxilə edib.

FOTOLAR APA-nındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR