İsrail XİN-in rəsmisi ADU-da olub - FOTO

İsrail XİN-in rəsmisi ADU-da olub - <span style="color: red;">FOTO
# 06 fevral 2014 15:27 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrail XİN-in Avroasiya 2 Departamentinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Oded Cozefi qəbul edib.

ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. Əsası Heydər Əliyev tərəfindən qoyulan İsrail-Azərbaycan əlaqələri haqda danışan S.Seyidov Milli Məclisin deputatı, professor Səməd Seyidov Universitetin bu əlaqələrin inkişafında elm, təhsil, o cümlədən mədəniyyət sahəsində xüsusi yeri olduğunu bildirib. Universitet haqqında qonağa məlumat verən rektor ADU-nun beynəlxalq əlaqələrindən də söz açıb, universitetdə İsrail və Yaxın Şərq Mərkəzinin fəaliyyətini xüsusi vurğuladı. O, tələbələrin ivrit dilinə olan marağından danışıb.

Səmimi qəbula görə təşəkkür edən İsrail XİN-in Avroasiya 2 Departamentinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Oded Cozef ADU-da olmaqdan məmnun olduğunu dilə gətirib. Qonaq bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin İsrail prezidenti Şimon Peres və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşünü xatırladıb. O, Azərbaycan-İsrail əlaqələrinin genişləndiyini və bu əlaqələrin strateji cəhətdən vacib olduğunu deyib. Azərbaycan və İsrail arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişə toxunan Oded Cozef diplomatik və xidməti pasportu olan şəxslər üçün viza rejiminin sadələşdirilməsinin əlaqələrin intensivləşməsinə xidmət etdiyini bildirib. Oded Cozef Azərbaycan Dillər Universitetində ivrit dilinin tədrisini yüksək qiymətləndirib. Azərbaycanda çoxlu sayda yəhudilərin yaşadığını diqqətə çatdıran qonaq ölkəmizin tolerantlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-İsrail münasibətləri, parlamentlərarası əlaqələr, ADU-nun İsrail universitetləri ilə əlaqələri, ikitərəfli əməkdaşlığın inkişafı, tələbə-müəllim mübadiləsi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR