Azərbaycan prezidenti Türkiyə prezidentinə və baş nazirinə başsağlığı verib - VİDEO

Azərbaycan prezidenti Türkiyə prezidentinə və baş nazirinə başsağlığı verib - <span style="color: red;">VİDEO
# 14 may 2014 09:50 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım, Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Prezident İlham Əliyev həmçinin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

“Hörmətli cənab baş nazir, əziz qardaşım, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - deyə dövlət başçısının məktubunda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR