Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev NATO PA-nın prezidenti ilə görüşüb - FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev NATO PA-nın prezidenti ilə görüşüb - <span style="color: red;">FOTO
# 19 iyun 2014 14:04 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. NATO Parlament Assambleyasının prezidenti Hyu Beyli Bakıda keçirilən “Rose-Roth” seminarında iştirakı çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti ilə NATO arasında əməkdaşlıq əlaqələrinin inkişafı, 2001-ci ildən etibarən NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində birgə və üzv ölkələrin müvafiq qurumları ilə həyata keçirilmiş ikitərəfli əməkdaşlıq fəaliyyətləri, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müzakirə zamanı Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi üzrə həyata keçirilən islahatların əhəmiyyəti qeyd edilib. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20% ərazisinin, o cümlədən dövlət sərhədinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin kriminal məqsədlərlə istifadə edilməsinin sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalması vurğulanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR