Abşeronda “Vaz” markalı minik avtomobili yanıb

Abşeronda “Vaz” markalı minik avtomobili yanıb
# 29 iyun 2014 01:49 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı-Sumqayıt yolunun 7-ci kilometrliyində vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilində baş verib. Nəticədə, avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR