Əfqanıstanlı nazirlər Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyində olublar - FOTO

Əfqanıstanlı nazirlər Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyində olublar - <span style="color: red;">FOTO
# 28 aprel 2014 17:35 (UTC +04:00)

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA”-ya verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafında keçirilən görüşlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Əfqanıstan ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələrin gensişləndirilməsi üçün böyük imkanlar var və bu potensialın reallaşdırılması üçün müqavilə-hüquqi baza yaradılmalı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş imzalanmalıdır. Ticarət sahəsində də iki ölkə arasında əlaqələr genişlənir. Mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verən Şahin Mustafayev təhsil, səhiyyə, neft-qaz, eləcə də sahibkarların maarifləndirilməsi sahəsində Azərbaycanın geniş təcrübəyə malik olduğunu və bu sahələrdə ölkəmizin Əfqanıstana dəstək ola biləcəyini diqqətə çatdırıb.Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzi olduğu, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyi bildirilib.

Əfqanıstanlı nazirlər - iqtisadiyyat naziri Abdul Hadi Arxandival və ticarət və sənaye naziri Şaker Kargar Azərbaycanın qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıblar, əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Qonaqlar Əfqanıstanın dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıblar. Ölkələrinin təbii resurslarla zəngin olduğunu qeyd edən Əfqanıstanlı nazirlər bu sahənin inkişafında Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulayıblar, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR