“Bank VTB (Azərbaycan)” korporativ müştərilər üçün yeni depozit məhsulu təklif edib

“Bank VTB (Azərbaycan)” korporativ müştərilər üçün yeni depozit məhsulu təklif edib
# 16 may 2014 10:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” bazara yeni məhsul olan “Çevik” əmanətini təklif edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu, hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş 24 ayadək olan uzunmüddətli yığım depozitidir. Müştərinin seçimindən asılı olaraq müvafiq depozit üzrə aylıq və ya rüblük faizlərin kapitallaşması mümkündür.

Məhsulun unikallığı ondadır ki, əmanətin artırılması istənilən vaxt həyata keçirilə bilər və əlavə məbləğ daxil olduqdan sonra, növbəti gün yığım depozitinin tam məbləğinin üzərinə faizlərin hesablanması həyata keçirilir. Bu zaman artırılmanın məbləği ilkin məbləğdən iki dəfə artıq ola bilməz. Əmanətin minimal məbləği 100 min AZN/USD/EUR təşkil edir. Əmanət üzrə faizlər aylıq, rüblük və ya müddətin sonunda götürülə bilər.

“Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin üzvü Zaur Rəsulov deyib ki, “Çevik” əmanəti hüquqi şəxslərə və fərdi sahibkarlara sərbəst vəsaitlərini sərfəli şərtlərlə yerləşdirməyə imkan verir: “Yeni “maliyyə konstruktoru” kimi geniş funksiyalara malik olan müvafiq məhsul vasitəsilə, müxtəlif parametrlərdən: əmanətin məbləği, depozitin müddəti, əlavə artım, müddət bitməmiş vəsaitin qismən çıxarılması, faizlərin vaxtaşırı ödənilməsi, əmanətin müddətinin uzadılması və digər şərtlərdən istifadə edərək, Siz istənilən pul vəsaitinizi hərəkətə gətirə bilərsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR