Avropa Birliyi Ukraynaya 15 mlrd. dollar yardım ayıracaq

Avropa Birliyi Ukraynaya 15 mlrd. dollar yardım ayıracaq
# 06 mart 2014 23:41 (UTC +04:00)

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, qeyd olunan vəsait Aİ, Avropa Yenidənqurma və İnkişaf Bankı, habelə Avropa İnvestisiya Bankının büdcəsindən ayrılacaq.

Məlumata görə, müvafiq açıqlama ilə sammitdən sonra Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu çıxış edib.

Avropa Komissiyası tərəfindən təklif olunan paketdə Aİ büdcəsindən makroiqtisadi yardım və inkişafa dəstək üçün 3 mlrd avro, kredit şəklində 1,6 mlrd avro və 1,4 mlrd avro məbləğində vəsait isə qrant kimi ayırmaq nəzərdə tutulur.

Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı 8 mlrd avro ayırmaq niyyətindədir.

“Avropa Komissiyasının Ukraynaya 11 mlrd. avro məbləğində maliyyə yardımının göstərilməsinə dair yardım paketinin təqdimatını dövlət başçılarının hamısı alqışlayıblar”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR