Bakıda köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib - FOTO

Bakıda köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib - <span style="color: red;">FOTO
# 24 sentyabr 2013 11:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, 24 sentyabr 2013-cü il tarixdə saat 11:15-də Nizami rayonu Elşən Süleymanov küçəsi, bina 162 D, mənzil 76 ünvanında azyaşlının köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Xətai rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Abbasova Aysun Nazim qızı mənzilinin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 4-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalmış və gərgin psixoloji vəziyyətdə olan azyaşlı bağlı qapı arxasından xilas edilərək valideynlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR