Türkiyə yığması Azərbaycan qarşı gənc voleybolçularla oynayacaq

Türkiyə yığması Azərbaycan qarşı gənc voleybolçularla oynayacaq
# 25 aprel 2014 12:53 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Türkiyə millisinin Avropa Liqası üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilə birgə A qrupunda yer alan “ay-ulduzlular” yığmamızın debüt edəcəyi yarışda gənclərə güvənəcək.

Bu azmış kimi, komandanı oyunlara əsas baş məşqçi italiyalı Massimo Barbolini deyil, onun köməkçisi Ferhat Akbaş çıxaracaq. İstanbulun “Vakıfbank” klubunda da ikinci çalışdırıcı olan gənc mütəxəssis Faiq Qarayevin yetirmələri ilə matçda Aslı Kalaç, Bihter Dumanoğlu, Gamze Alikaya, Nursevil Aydınlar, Ezgi Arslan Güç (hamısı “Qalatasaray”), Cansu Çetin, Ezgi Dilik, Gözde Yılmaz, Melis Durul, Ceylan Arısan (hamısı “Sarıyer Bld”), Çağla Akın, Hatice Gizem Örge, Kübra Akman (hər üçü “Vakıfbank”), Ceren Kestirengöz, Özgenur Yurtdagülen (hər ikisi “Yeşilyurt”), Şeyma Ercan (Eczacıbaşı) və Yeliz Başa (“Hyundai”, Cənubi Koreya) şans verəcək.

Türklər 2 təlim-məşq toplanışı ilə hazırlıqlarını yekunlaşdıracaqlar. Aprelin 28-dən məşqlərə başlayacaq rəqibimiz mayın 12-də ilk mərhələni bitirəcəklər. Həmin gündən mayın 30-na qədər isə hazırlıqların son mərhələsi olacaq.

Qeyd edək ki, qrupumuzda Türkiyə ilə yanaşı, Sloveniya və Bolqarıstan yığmaları yer alıb. Azərbaycanın “ay-ulduzlular”la görüşləri isə iyunun 21 və 22-də səfərdə, 27-də və 28-də Bakıda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR