Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək
# 02 aprel 2014 10:16 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.


Aprelin 3-də Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR