Rusiya XİN: Volqoqradda baş verən terror aktları konfessiyalararası düşmənçilik yaratmaq cəhdidir

Rusiya XİN: Volqoqradda baş verən terror aktları konfessiyalararası düşmənçilik yaratmaq cəhdidir
# 30 dekabr 2013 15:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

Qeyd olunur ki, terrorçular Yeni il ərəfəsində cəmiyyətdə “ikinci cəbhə” açmaq üçün daha bir cəhd həyata keçiriblər: “Biz geri çəkilməyəcəyik və sərhəd tanımayan hiyləgər düşmənlə sərt, ardıcıl mübarizəni davam etdirəcəyik”.

Rusiya XİN terrorçuluğun hər zaman cinayət olduğunu və cəzalandırılmasının zəruri olduğunu bəyan edib: “Bu gün terrorçuluğun heç zaman olmadığı kimi qınanması və ona qarşı beynəlxalq mübarizə aparılması tələb olunur”.

Qeyd edək ki, dekabrın 29-da Volqoqrad dəmir yolu vağzalında törədilən terror aktında 17 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Dekabrın 30-da trolleybusda törədilən partlayış nəticəsində isə 14 nəfər ölüb, 28 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR