İstanbulda İraq Türkmən Cəbhəsi liderlərinin qətli ilə əlaqədar etiraz aksiyası keçirilib - FOTO

İstanbulda İraq Türkmən Cəbhəsi liderlərinin qətli ilə əlaqədar etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 27 iyun 2013 11:26 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Bu gün İstanbulda İraq Türkmən Cəbhəsi liderlərinin qətli ilə əlaqədar etiraz nümayişi keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyədə fəaliyyət göstərən İraq Türkmən Dərnəkləri Federasiyasının təşkil etdiyi nümayişin iştirakçıları “Şəhidlər ölməz, Kərkük bölünməz!”, “Türkmənə uzanan əllər qırılsın!”, “Kərkük Türkdür, Türk qalacaq!” və s. şüarlar səsləndiriblər.

Daha sonra İraqın İstanbuldakı bas konsulluğunun qarşısına qara çələng qoyan nümayiş iştirakçıları bas nazir Nuri əl-Malikini İraq türkmənlərinin haqlarını qorumağa çağırıblar.

Nümayiş iştirakçıları Türkiyə XİN-dən İraqın Türkmən bölgəsində fəal siyasət yürütməyi tələb ediblər.

İraq Türkmən Cəbhəsinin lideri Yavuz Əfəndioğlu iyunun 23-də Mosul şəhərində, sədrinin onun müavini Əli Şəşim Muxtaroğlu isə iyunun 25-də Tuzhurmatı səhərində terrorçular tərəfindən qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR