Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. APA-nın məlumatına görə rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda mənzillərin soyulması ilə bağlı məlumat daxil olub. Həmin faktlara əsasən cinayət işi açılıb və axtarış işlərinə başlanılıb. Araşdırma zamanı cinayət hadisələrini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri, 33 yaşlı Nağdəliyev Cavid və 32 yaşlı Musayev Ceyhun polis tərəfindən saxlanılıb. Aparılan istintaq işləri zamanı məlum olub ki, C. Nağdəliyev bir cinayət faktını tək törədib. Belə ki, C.Nağdəliyev sentyabrın 6-da Kürdəmir şəhər sakini Təranə Xankişiyevaya məxsus mənzildən oğurluq edib. Günorta saatlarına adı çəkilən mənzilə gələn Cavid evdə olan azyaşlı uşaqlara özünü elektrik şəbəkəsinin işçisi kimi təqdim edib.
İçəri daxil olduqdan sonra isə uşaqlara hədə-qorxu gələrək oradan 350