Xalq artisti Ramiz Əzizbəyli reanimasiyadan palataya köçürülüb

Xalq artisti Ramiz Əzizbəyli reanimasiyadan palataya köçürülüb
# 27 fevral 2014 10:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Xalq artisti Ramiz Əzizbəyli reanimasiya və intensiv terapiya şöbəsindən palataya köçürülüb.

Xalq artistinin qızı Cəlalə Əzizbəylinin APA-ya verdiyi məlumata görə, aktyorun səhhəti orta-ağır olaraq qiymətləndirilir: “Xəstəxanaya gətirildiyi gündən hiss olunacaq dərəcədə irəliləyiş var. Hər halda, irəliləyiş olmasaydı, həkimlər palataya yerləşdirməyi lazım bilməzdilər”.

C.Əzizbəyli əlavə edib ki, xalq artistinin hələlik evə buraxılması planlaşdırılmır: “İnanmıram ki, həkimlər tezliklə evə buraxmağı məsləhət bilsinlər. Çünki müalicəsi uzun müddət xəstəxana şəraitində davam etməlidir”.

Qeyd edək ki, R.Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR