Masallı rayonunda yanğın hadisəsi baş verib

Masallı rayonunda yanğın hadisəsi baş verib
# 26 may 2013 02:43 (UTC +04:00)

Bakı-APA. Masallı rayonunda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, rayonun Həsənli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan tövlədə yanğın baş verib. Nəticəsə tövlənin çardağının yanar konstruksiyası 90 kv.m sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR