İran martın sonunadək kosmosa daha 3 peyk göndərəcək

İran martın sonunadək kosmosa daha 3 peyk göndərəcək
# 10 oktyabr 2013 23:50 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Press TV telekanalı İran Kosmik Agentliyinə istinadən məlumat yayıb.

Agentliyin nümayəndəsinin sözlərinə görə, İran 2014-cü ilin martın 20-dək ölkədə istehsal olunan “Səfir B1” raket daşıyıcısının köməkliyi ilə kosmosa “Tədbir”, “Şərif” və “Nahid” peyklərini buraxmağı planlaşdırır.

Qeyd edək ki, 2009-cu ilin fevralın 3-də İran öz istehsalı olan “Səfir 2” raket daşıyıcısı ilə “Ümid” peykini kosmosa çıxarıb.

Bundan başqa, İran bu ilin yanvarında orbitə göyərtəsində meymunun olduğu “həyat kapsul”unu göndərib.

İran Kosmik Agentliyinin rəhbəri Həmid Fazeli İranın yaxın 5-8 il ərzində kosmosa insan da göndərmək niyyətində olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR