Azərbaycan Diplomatik Akademiyasının müəllim və tələbə heyəti şərəf andı içib - FOTOSESSİYA

Azərbaycan Diplomatik Akademiyasının müəllim və tələbə heyəti şərəf andı içib - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2013 07:18 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Diplomatik Akademiyasının (ADA) müəllim və tələbə heyəti şərəf andı içib. ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, Şərəf Kodeksinin təqdim edilməsi və Şərəf Andının içilməsi 2010-cu ildən bəri hər il Azərbaycan Diplomatik Akademiyasında keçirilən ənənəvi mərasimdir. Hər il qeyd edilən bu akademik tədbir zamanı tələbələr ADA-nın Şərəf Kodeksində qeyd edilmiş öhdəlikləri öz üzərlərinə götürmək və Şərəf Andını imzalamaq şansı əldə edirlər.

Bu il, Azərbaycan Diplomatik Akademiyasının həm bakalavr, həm də magistr dərəcəsində təhsil alan 700 yerli və xarici tələbə, o cümlədən professor və müəllim heyəti Şərəf Andı içmiş və ADA-nın rektoru Hafiz Paşayev və ADA-nın Tədris İşləri üzrə prorektoru Patrik Kvinn tərəfindən “Inam Rəmzi” hesab edilən ADA medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir daha sonra ADA-da təhsil alan 27 ölkənin təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbir zamanı ADA tələbələri tərəfindən hazırlanmış video nümayiş etdirilmiş, Şərəf Kodeksinin və Şərəf Andının əhəmiyyəti ətrafında çıxışlar edilib.

Tədbir ADA-nın rektoru Hafiz Paşayevin nitqi və ADA-nın himninin səsləndirilməsi ilə tamamlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR