Hillari Klinton Londonda maşını düzgün saxlamadığına görə cərimələnib

Hillari Klinton Londonda maşını düzgün saxlamadığına görə cərimələnib
# 16 oktyabr 2013 15:25 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Londonda maşını düzgün saxlamadığına görə cərimələnib.

APA-nın “İTAR-TASS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “Çatem Xaus” kimi tanınan Kral Beynəlxalq Əlaqələr İnstitutu binası yaxınlığında baş verib.

H.Klinton institut tərəfindən verilən fəxri mükafatı almaq üçün “Çatem Xaus”a gəlib. Onun idarə etdiyi “Mercedes” markalı avtomobil maşın dayanacağında 45 dəqiqə qalıb, halbuki burada maşın saxlamağın haqqı bir saat üçün təxminən 5 dollar təşkil edir. Bundan sonra maşına müfəttiş yaxınlaşıb və H.Klintonun mühafizəçilərinin etirazlarına baxmayaraq, cərimə tərtib edib. Keçmiş dövlət katibinin cəriməsi 80 funt (127 dollar) təşkil edib.

Hadisə şahidi olan ingilis nəşrlərdən birinin fotoqrafı bildirir ki, mübahisə zamanı H.Klintonun mühafizəçisi qəzəbli şəkildə əl-qol atıb və avtodayanacaq işçisinə öz vəsiqəsini göstərib. Lakin müfəttiş cərimə vərəqini avtomobilin şüşəsinə yapışdırıb.

İnsidenti şərh edən Britaniya rəsmisi ümidvar olduğunu bildirib ki, H.Klinton qaydaların hər kəs üçün eyni olduğunu anlayar.

Britaniya KİV-in məlumatına görə, son on ildə diplomatlar Londonda maşını düzgün saxlamadığına görə 112 milyon dollar məbləğində cəriməni ödəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR