Cəlilabadda ildırım vurma nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb - VİDEO

Cəlilabadda ildırım vurma nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 27 may 2014 20:45 (UTC +04:00)

Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanadından (MRX) məlumat verilib. Məlumata görə, rayonun Uzuntəpə kənd sakini, 1991-ci il təvəllüdlü Qara Balaxan oğlu Nəzərov mayın 27-də atın belində örüşdən mal-qarasını evə gətirərkən ildırım onu vurub. Təcili Cəlilabad MRX-a yerləşdirilən Q.Nəzərova lazımi tibbi yardım göstərilməsinə baxmayaraq vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ildırım vurma nəticəsində ağır xəsarət almış at, hadisə yerindəcə tələf olub.

**** 21.30

Cəlilabad. Ağəddin Babayev-APA. Azərbaycanın Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 fəhləni ildırım vurub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 27-də rayonunun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kartof sahəsində fəhlələr məhsul yığan zaman qəfildən ildırım çaxıb və onlardan 3 nəfərini vurub. Belə ki, Cəlilabadın Söyüdlü kənd sakini, 1953-cü il təvəllüdlü Leylaxanım Bahəddin qızı Abasova ildırım vurmadan hadisə yerindəcə dünyasını dəyişib. Onun oğlu, 1991-ci il təvəllüdlü Mürsəl Əhməd oğlu Abasov və Lənkəran rayon sakini Lətafət Allahverdi qızı Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilsə də, vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ildırım ölən qadının bədənin əksər hissəsini demək olar ki, külə çevirib.

Qeyd edək ki, ötən ilin mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində anoloji hadisə baş verib. O zaman ildırım vurmadan 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR