Yukiya Amano: “İran nüvə silahı istehsalı istiqamətində işləri davam etdirir"

Yukiya Amano: “İran nüvə silahı istehsalı istiqamətində işləri davam etdirir"
# 21 may 2013 00:49 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) daxil olan məlumata görə, İran nüvə silahı istehsalı istiqamətində işləri davam etdirir”. APA-nın məlumatına görə, bunu AEBA-nın icraçı direktoru Yukiya Amano bildirib.

Onun sözlərinə görə, agentlik İranın nüvə silahı olduğunu, yaxud da belə bir silah istehsal etmək niyyətində olduğunu iddia etmir: “İranın nüvə proqramının hərbi məqsədli olması barədə bizdə məlumat yoxdur. Biz hələ bilmirik ki, İranın nüvə proqramı hərbi məqsədlərə malikdir yoxsa yox? Sadəcə bizdə olan informasiyaya görə İranda nüvə silahının istehsalı istiqamətində müəyyən işlər aparılır. Bu fəaliyyət nüvə partlayıcı qurğularının istehsalına aiddir. Lakin agentlik məsələylə bağlı tələsik nəticə çıxarmaq istəmir. İranlı həmkarlarımıza bizi düşündürən suallarımızı veririk və onlara nüvə proqramı ilə bağlı bu kimi məqamları aydınlaşdırmağa ehtiyac duyduğumuzu bildiririk”.

Y. Amano deyib ki, İran agentliklə sıx əməkdaşlıq etməlidir: “İran şəffaf şəkildə öz nüvə potensialını açıqlamalıdır. AEBA İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etməyə hazırdır. Bu problem yalnız diplomatik yollarla nizamlana bilər. Biz İranla müzakirələri davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR