BMT donor ölkələri Filippin əhalisi üçün 301 milyon dollar vəsait toplamağa çağırıb

BMT donor ölkələri Filippin əhalisi üçün 301 milyon dollar vəsait toplamağa çağırıb
# 13 noyabr 2013 09:00 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. BMT donor ölkələri “Hayyan” tayfunundan zərər çəkmiş Filippin əhalisi üçün 301 milyon dollar həcmində vəsait toplamağa çağırıb.

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, bu vəsait zərər çəkmiş əhalinin içməli su və dərman vasitələri ilə təmin edilməsi üçün sərf olunacaq.

BMT Fövqəladə Yardım üzrə əlaqələndiricisi Valeri Amos bildirib ki, təbii fəlakət 11,3 milyon insana zərər verib, 700 min nəfər isə öz evlərini tərk etməyə məcbur olub. O, eyni zamanda əlavə edib ki, təşkilat zərər çəkmiş vətəndaşlara yardım göndərilməsində çətinliklərlə üzləşir.

Qeyd edək ki, noyabrın 8-də “Xayan” tayfunu Filippinə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində ölənlərin sayı rəsmi məlumata görə 2 minə, qeyri-rəsmi məlumata görə isə 10 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR