Bakıda 23 yaşlı oğlan özünü öldürüb

Bakıda 23 yaşlı oğlan özünü öldürüb
# 24 oktyabr 2013 09:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.

Orada yaşayan, 1990-cı il təvəllüdlü Behrəngi Çingiz oğlu Əzizov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR