Qobustanda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Qobustanda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb
# 19 mart 2014 10:06 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 18-də saat 17.00 radələrində Qobustan rayonu Nərimanabad kəndinin ərazisində qeydə alınıb. Ağdaş rayon sakini Rövşən Babayevin idarə etdiyi “VAZ-2105”, Sumqayıt şəhər sakini Məcid Yusifovun idarə etdiyi “Mercedes” və Şəki şəhər sakini Allahverdi Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. R.Babayev və sərnişinləri - Bakı şəhər sakini Mirağa Hüseynov, Ağdaş rayon sakini Yaşar Hüseynov, Qobustan rayon sakini Ağanəzər Soltanov, onun oğlu Elgün və qızı Günel, habelə A.Abdullayevin sərnişini - Bakı şəhər sakini Zenfira Həbibullayeva xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR