FHN: Yanğın binanın alkopan üzlük hissəsində baş verib, mənzillərə keçməsinin qarşısı alınıb - FOTOSESSİYA - VİDEO

FHN: Yanğın binanın alkopan üzlük hissəsində baş verib, mənzillərə keçməsinin qarşısı alınıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 12:09 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.

Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: “Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.

Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR