ATƏT-ə üzv olan 18 ölkə Ukraynaya silahsız hərbi heyət göndərəcək

ATƏT-ə üzv olan 18 ölkə Ukraynaya silahsız hərbi heyət göndərəcək
# 05 mart 2014 13:17 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. ATƏT-ə üzv olan 18 ölkə Ukraynaya 35 nəfərdən ibarət silahsız hərbi heyət göndərəcək.

ATƏT-dən APA-ya verilən məlumata görə, hərbi heyət Ukraynanın müvafiq müraciətinə əsasən göndəriləcək.

Hərbi heyətin səfəri 2011-ci ilin Vyana Sənədinin 3-cü fəsli əsasında baş tutacaq. Bu sənəd ölkənin müraciəti əsasında, bu ölkəyə səfər edilməsini və qeyri-adi hərbi aktivliyi ilə bağlı məlumatlara aydınlıq gətirməsini imkan verir. Bu mexanizmdən ilk dəfə istifadə olunacaq.


ATƏT-in baş katibi Lamberto Zanyer səfərin Ukraynada gərginliyin aradan qaldırılmasına imkan verəcəyinə ümidvar olduğunu deyib: “Yerdə olan faktlarla bağlı obyektiv qiymətləndirilmə ATƏT-ə dialoq vasitəsilə hazırkı böhranın siyasi həllini tapmaqda daha da kömək edəcək. Etimadın yaradılması və şəffaflıq ATƏT-in təhlükəsizlik məsələləri ilə bağlı yanaşmada əsas elementləridir”.

Qeyd edək ki, Vyana Sənədi-2011 etimad qurulması ilə bağlı ATƏT tərəfindən yaradılan əsas sənədidir. Bu sənədə əsasən, üzv ölkələr öz silahlı qüvvələri, avadanlığı və müdafiə planları ilə bağlı məlumatları bir-biri ilə mübadilə etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR