Şəmkirdə ağır yol qəzası baş verib, yaralananlar var

Şəmkirdə ağır yol qəzası baş verib, yaralananlar var
# 07 may 2013 16:25 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin tədqiqatçısı Azər Hüseynovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Qazax rayon sakini, 1963-cü il təvəllüdlü Mehman Yusifovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil, 1982-ci il təvəllüdlü Kəlbəcər rayon sakini, Şəmkir rayon Muxtariyyə kəndində yaşayan Firuddin Şahbazovun idarə etdiyi VAZ 21154 markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki avtomobil yararsız hala düşüb, hər sürücülər ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Azər Hüseynovun sözlərinə görə, qəzanın baş verməsində səbəbkar “VAZ 21154”ün sürücüsü olub. O, “Mercedes-Benz”in qarşısında manevr edərək, dönmə əməliyyatını düzgün həyata keçirməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR