Cəbhədə mina partlaması nəticəsində ağır yaralanan hərbçilərdən ikisi Bakıya gətirilib

Cəbhədə mina partlaması nəticəsində ağır yaralanan hərbçilərdən ikisi Bakıya gətirilib
# 08 aprel 2014 11:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçulardan ikisi Bakıya təxliyə olunub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralı əsgərlərdən Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq təcili təxirəsalınmaz yardım göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;

- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;

- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;

- əsgər Mirzəyev Alı Pənah oğlu;

- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;

- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;

- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;

- əsgər Talıbov Emin Talıb oğlu.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR