Taner Yıldız: “ABŞ-ın İranla bağlı qərarlarının Türkiyəyə aidiyyəti yoxdur, biz yalnız BMT-nin qərarlarını tətbiq edirik”

Taner Yıldız: “ABŞ-ın İranla bağlı qərarlarının Türkiyəyə aidiyyəti yoxdur, biz yalnız BMT-nin qərarlarını tətbiq edirik”
# 07 yanvar 2014 11:55 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, rəsmi Ankara 2013-cü ildə Tehrandan aldığı “mavi yanacağ”a görə İrana 4,5 milyard dollar ödəyib: “TÜPRAŞ da neft idxalı üçün İranın hesabına 3,1 milyard dollar köçürüb”.

T. Yıldız deyib ki, ABŞ-ın çıxardığı qərarların Türkiyəyə aidiyyəti yoxdur: “Ona görə də rəsmi Ankara yalnız BMT-nin qərarlarını tətbiq edir. Türkiyə BMT-nin qərarlarına bağıdır. Türkiyə hüquqi dövlətdir. İran bizim qonşu və qardaş ölkəmizdir. Biz “mavi yanacaq” ticarətinə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR