Avropa Birliyinin xüsusi nümayəndəsi: “Biz Azərbaycan və Ermənistan xalqları arasında təmaslar və əlaqələri dəstəkləmək üçün hər şeyi edirik”

Avropa Birliyinin xüsusi nümayəndəsi: “Biz Azərbaycan və Ermənistan xalqları arasında təmaslar və əlaqələri dəstəkləmək üçün hər şeyi edirik”
# 05 dekabr 2013 16:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, F. Lefort jurnalistlərə açıqlamasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari dinamikasını və AB-nin bu prosesə necə dəstək verə biləcəyini müzakirə etdiklərini deyib. O, AB-nin Azərbaycan və Ermənistan arasında hansı etimad tədbirləri keçirməyi planlaşdırdığı haqda danışmayıb: “Bizim müəyyən ideyalarımız var ki, onları müzakirə edirik. Mən hələlik bu barədə danışmaq istəməzdim”.

AB-nin Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünün təşkilində iştirakı və rolu haqda sualı cavablandıran F. Lefort bildirib ki, AB bu cür görüşləri dəstəkləmək üçün hər şeyi edir: “Biz iki xalq arasında təmaslar və əlaqələri dəstəkləmək üçün hər şeyi edirik. Azərbaycan AB üçün vacib ölkədir və mən əməkdaşlığımızın dinamikasını müsbət qiymətləndirirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR