Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan qəza barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan qəza barədə məlumat yayıb
# 15 mart 2014 09:05 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01.00 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı və Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR