Sergey Lavrov və Con Kerri arasında görüş sentyabrın 12-də keçiriləcək

Sergey Lavrov və Con Kerri arasında görüş sentyabrın 12-də keçiriləcək
# 11 sentyabr 2013 00:57 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriya ilə bağlı görüş sentyabrın 12-də Cenevrədə keçiriləcək. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.

Rusiya XİN açıqlamasında qeyd olunub ki, təkbətək görüşün məqsədi “Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi təşəbbüsünün reallaşdırma yollarının müzakirəsi” olacaq.

Bu arada ABŞ, Böyük Britaniya və Fransa nümayəndələri Suriyada kimyəvi silaha dair BMT TŞ-nin qətnamə layihəsinin hazırlanması ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, bundan öncə Rusiya tərəfinin təşəbbüsü ilə planlaşdırılmış BMT TŞ-nin iclası elə Rusiyanın xahişi ilə baş tutmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR