Azərbaycanda xorvatiyalı turist qarət edilib

Azərbaycanda xorvatiyalı turist qarət edilib
# 21 aprel 2014 07:30 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Neftçilər prospektində yerləşən Park-Bulvar ticarət Mərkəzində qeydə alınıb.

Azərbaycana turist kimi gələn Xorvatiya Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Nladen Knotekin içərisində 23 manat və müxtəlif kredit kartları olan pul kisəsi oğurlanıb.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Zaytsev Yuli Yuriyeviç saxlanılıb, barəsində inzibati protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR