Cəlilabadda toyda kütləvi dava düşüb - FOTO - VİDEO

Cəlilabadda toyda kütləvi dava düşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 may 2014 09:38 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Azərbaycanın Cəlilabad rayonunda toyda kütləvi dava olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Cəlilabad şəhərindəki şadlıq saraylarının birində qeydə alınıb. Tərəflər arasında yaranan mübahisə daha sonra davaya çevrilib.

Nəticədə Cəlilabad rayon sakinləri, 1990-cı il təvəllüdlü Azad Kamal oğlu Cəfərov, 1992-ci il təvəllüdlü Rəşad Cavid oğlu Sultanov və onun kiçik qardaşı 1994-cü il təvəllüdlü Fuad Cavid oğlu Sultanov müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.

Məlumata görə, dava edən tərəflər Cəlilabad şəhərinin Səttarxan küçəsində yaşayan gənclərdir. Hadisəni başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR