Zərdab və Ucarda mal-qaranın bunyavirus xəstəliyinə yoluxması halları xeyli azalıb

Zərdab və Ucarda mal-qaranın bunyavirus xəstəliyinə yoluxması halları xeyli azalıb
# 29 avqust 2013 15:54 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Son günlər Zərdab və Ucar rayonlarında mal-qaranın bunyavirus xəstəliyinə yoluxması halları xeyli azalıb. Hər iki rayonun Baytarlıq idarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, əvvəllər gün ərzində iribuynuzlu heyvanların xəstəliyə tutulması ilə əlaqədar idarəyə 30-40 müraciət daxil olurdusa, son bir gündə 3-4 müraciət daxil olur.

Qeyd olunub ki, hazırda xəstəliyə tutulmuş heyvanları müalicə etmək üçün rayonlarda kifayət qədər dərman var. Müalicə üçün istifadə olunan dərmanlar həm baytarlıq, həm də səhiyyə apteklərində satılır. Mal-qara sahiblərinin yüngül formada xəstəlik keçirən heyvana dərman almaq üçün 5-6, ağır formada xəstəlik keçirən heyvan üçün isə 10-15 manat xərci çıxa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR