«PAŞA Həyat Sığorta» daha bir iri ödəniş həyata keçirib

 «PAŞA Həyat Sığorta» daha bir iri ödəniş həyata keçirib
# 01 oktyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış «PAŞA Həyat Sığorta» şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir irihəcmli ödənişini həyata keçirib. Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, «PAŞA Həyat» tərəfindən sığortalı müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib və bu sığorta hadisəsinə görə şirkət tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 48 880 manat birdəfəlik ödəniş edilib.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən başlayaraq «PAŞA Həyat»da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında (sonuncu ödəniş daxil olmaqla) sözügedən sığorta növü üzrə 560 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,5 dəfə çoxdur. Təkcə sentyabr ayında istehsalatda bədbəxt hadisələr nəticəsində ölüm halları və digər xəsarətlərlə əlaqədar 102 min manatdan çox sığorta ödəniş edilib.

Xatırladaq ki, bu ilin 9 ayında şirkətin sığorta ödənişlərinin ümumi həcmi 640 min manat təşkil edib.

«PAŞA Həyat Sığorta» ASC 2011-ci il fevralın 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 19,312 mln. manat, ödənişləri isə 501 min manata yaxın olub. Oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 25,2 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR