Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb

Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb
# 22 oktyabr 2013 08:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 11 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.6 və 177.2.1 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rüfət Teyyub oğlu Abdullayevin yataq yerinə baxış keçirilən zaman yastığın altında gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Kenxinda-M2” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR