Qobustan Həbsxanasında saxlanılan məhkumdan mobil telefon götürülüb

Qobustan Həbsxanasında saxlanılan məhkumdan mobil telefon götürülüb
# 30 sentyabr 2013 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.1; 66.5; 69 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavid Cuma oğlu Ramazanovun üzərinə və saxlandığı kameraya baxış keçirilən zaman əynində olan idman gödəkcəsinin cibindən 1 ədəd “Nokia M1” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR