Bu il Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 5,4% artıb

Bu il Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 5,4% artıb
# 13 may 2014 15:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 mlrd. 650 mln. 404,6 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çoxdur.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi daxilolmalarının 39,8%-i mənfəət vergisinin, 24,7%-i əlavə dəyər vergisinin, 11,6%-i fiziki şəxslərin gəlir vergisinin, 9,4%-i aksizlərin, 14,5%-i isə digər vergilərin payına düşür.

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 mlrd. 411 mln. 900 min manat vəsait daxil olub.

Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınıb. Mayın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564408 təşkil edib.

2014-cü ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR