ATU-nun Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanı iyulda keçiriləcək

ATU-nun Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanı iyulda keçiriləcək
# 27 mart 2014 08:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya sənəd vermiş Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunlarına müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi bu ilin iyul ayında keçiriləcək. Həmin imtahanda iştirak edəcək namizədlər üçün “İmtahana buraxılış vərəqi”nin çapı həmin ərəfədə həyata keçiriləcək və bu barədə öncədən məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin digər ixtisaslarını bitirən məzunları üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın 30-da keçiriləcək. Rezidenturaya ərizə qəbulu fevralın 11-dən 20-dək aparılıb. Bu müddət ərzində ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə 1412 nəfər sənəd verib. Bunlardan 1216 nəfəri Azərbaycan, 196 nəfəri isə rus bölməsinin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR