Azərbaycanda iqtisadi artım 5,7%-ə çatıb

Azərbaycanda iqtisadi artım 5,7%-ə çatıb
# 14 noyabr 2013 12:04 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.


Məlumata əsasən, ÜDM-in 64,1%-i istehsal, 29,6%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,3%-ni təşkil edib.


Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0%, qeyri-neft sektorunda isə 9,8% artıb. ÜDM-in həcmində yaradılmış əlavə dəyərin 46,3%-i sənaye, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 12,1%-i tikinti, 7,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsi, 5,2%-i nəqliyyat və anbar təsərrüfatı, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə xidmətləri, 13,3%-i isə sosial və digər xidmətlər sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.


Bu ilin ilk 10 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 25,2%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 17,9%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7%, informasiya və rabitə xidmətlərində 8,5%, nəqliyyat və anbar təsərrüfatında 5,6%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7%, sosial və digər xidmət sahələrində 3,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR