Bakıda baş vermiş yol qəzası nəticəsində qadın sürücü xəsarət alıb - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Bakıda baş vermiş yol qəzası nəticəsində qadın sürücü xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2013 19:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov, Mahir Məmmədli-APA. Bakıda yol qəzası baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında qeydə alınıb. Belə ki, Muxtarov Ramil Kamil oğlu tərəfindən idarə olunan 90-NG-462 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil Cəfərzadə Şəbnəm Əfşət qızı tərəfindən idarə olunan 90-DS-373 dövlət nömrə nişanlı “Opel Omega” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Opel Omega” avtomobilinin sürücüsü Cəfərzadə Şəbnəm Əfşət qızı ayaq nahiyəsindən aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR