Braziliyada gəminin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb

Braziliyada gəminin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb
# 13 oktyabr 2013 01:54 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 12-də Braziliyanın Amapa ştatında ənənəvi dini mərasim zamanı çayda kiçik həcmli gəmi qəzaya uğrayıb, nəticədə 11 nəfər ölüb, daha 4 nəfər isə itkin düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müqəddəs Məryəmə həsr olunmuş ənənəvi dini mərasimdə bir neçə gəmi iştirak edib.

İlkin məlumata görə, gəmi saya oturaraq çevrilib. Şahidlərin sözlərinə görə, 40 nəfər sərnişinə hesablanmış gəmidə 100-dək insan olub.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR