Mart soyqırımı ilə bağlı "Tarix təkrarlanır" adlı dəyirmi masa keçirilib - FOTO

Mart soyqırımı ilə bağlı "Tarix təkrarlanır" adlı dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 28 mart 2014 10:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 Mart soyqırımının 96 illiyinə həsr olunmuş “Tarix təkrarlanır” adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, 31 Mart soyqırımı uzun müddət siyasi-hüquqi qiymətini almasa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu hadisə barədə məlumatlar ictimaiyyətə təqdim edildi: "Müstəqillik əldə etdikdən sonra təkcə Azərbaycan ictimaiyyəti deyil, eyni zamanda beynəlxalq ictimaiyyət də bu barədə məlumatlandırıldı".

Daha sonra çıxış edən millət vəkil Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru Həvva Məmmədova da 31 Mart soyqırımı ilə bağlı ətraflı məlumat veriblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Turizm İnstitutunun, Azərbaycan İctimai-siyasi Universitetinin tələbləri, Daxili Qoşunların əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR