Azay Quliyev: “ATƏT PA-nın qəbul etdiyi qərarların icra mexanizmini tapa bilməməsi hamımızı narahat edir” - FOTO

Azay Quliyev: “ATƏT PA-nın qəbul etdiyi qərarların icra mexanizmini tapa bilməməsi hamımızı narahat edir” - <span style="color: red;">FOTO
# 02 iyul 2014 08:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “ATƏT Parlament Assambleyasının qəbul etdiyi qərarların effektiv icra mexanizmini tapa bilməməsi hamımızı narahat edir və bu, uzun müddətdir ki, nəticəsiz müzakirə mövzusudur”. APA-nın məlumatına görə, bunu ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasının plenar iclasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, 10 ilə yaxındır ATƏT PA-nın işində iştirak edir və bu müddət ərzində qəbul olunmuş qərarların icrasında daimi çətinliklər mövcud olub: “Bu, hamını narahat etsə də, bununla bağlı qəti qərar verə bilmirik. Bunun üçün effektiv mexanizm tapılmır. Biz bəzən dialoqdan danışırıq. Təəssüflər olsun ki, biz bu dialoqu da yüksək səviyyədə təşkil edə bilmirik”.

A. Quliyev qeyd edib ki, parlamentarlar, beynəlxalq təşkilatlar və dövlətlər arasında ciddi dialoqa ehtiyac var: “Mən hesab edirəm ki, ATƏT PA gələcəkdə hökumətlərlə istənilən mövzuda dialoqa hazır olmalıdır. Biz bu sessiya çərçivəsində vətəndaş institutları ilə bağlı bir sıra görüşlər keçirdik. Hesab edirəm ki, Azərbaycanda keçirilən bu görüşlər yaxşı nümunə oldu. Azərbaycan hökuməti bundan sonra da vətəndaş cəmiyyəti institutları ilə dialoqu davam etdirəcək və inanırıq ki, ATƏT PA da bu işə öz töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR