Oqtay Şirəliyev: “Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktıdır”

Oqtay Şirəliyev: “Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktıdır”
# 29 dekabr 2013 09:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib ki, uşaqların müayinələrə cəlb olunması gələcəkdə həmin uşaqların yetkinlik yaşına çatanda sağlam olmasına çox böyük zəmin yaradacaq.

Psixi sağlamlıq mövzusuna da toxunan nazir qeyd edib ki, sovetlər dövründə bu sahə çox qapalı olduğu üçün psixi sağlamlıq mövzusu nisbətən diqqətdən kənar qalıb: “Lakin bu gün bu sahəyə xüsusi diqqət ayrılır. Psixi xəstələrin müalicə aldığı xəstəxanalara daxil olarkən xəstələrin necə həvəslə xəstəxana həyətində gül əkdiyini, yaxud onların əylənməsi baxımından nəzərdə tutulmuş müəyyən bir işlə məşğul olduğunu görürsən. Bu da onların müalicəsində böyük rol oynayır. Hazırda regionlarda da psixi-sağlamlıq mərkəzləri yaradılır”.

Səhiyyə naziri bildirib ki, ümumilikdə səhiyyə sahəsində böyük uğurlar qazanılıb, nailiyyətlər əldə edilib və bu rəqəmlərlə statistik göstərilib: “Lakin buna baxmayaraq bizim hələ görüləsi işlərimiz çoxdur və hər birimiz hədəfimizi bilirik. Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktıdır. Bu sahədə sıçrayış olmasa da stabil, dinamik irəliləyişlər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR