Azərbaycanlı siyasətçi İranın Şərqi Azərbaycan vilayətinə vali təyin edilib - FOTO

Azərbaycanlı siyasətçi İranın Şərqi Azərbaycan vilayətinə vali təyin edilib - <span style="color: red;">FOTO
# 05 oktyabr 2013 15:02 (UTC +04:00)

APA-nın AZOH-a istinadən məlumatına görə, İran Nazirlər Kabinetinin oktyabrın 4-də keçirilmiş yığıncağında tanınmış azərbaycanlı siyasətçi Möhsün Mehrəlizadə bu posta gətirilib.

Qeyd edək ki, M.Mehrəlizadə Marağa şəhərində anadan olub. Azərbaycanlı siyasətçi İranın eks-prezidenti Məhəmməd Xatəminin hakimiyyəti dövründə vitse-prezident vəzifəsində işləyib. O, 2005-ci il prezident seçkilərində 8 namizəddən biri olub və ona verilən səslərin həmin il İran prezidenti seçilmiş Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırıldığını iddia edib. Hətta M.Mehrəlizadə 2005-ci il seçki kampaniyası zamanı «İranın 6 türk vilayəti mənə səs verəcək» deyərək Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmadan vilayətlərindən əlavə, Tehran və bir neçə başqa vilayətlərin də bəzi bölgələrində yaydığı şəkillər və broşürlərdə Azərbaycan dilindən istifadə edib. O, seçkilərdən bir neçə gün öncə İran televiziyası ilə müsahibədə azərbaycanlı məşhur türkoloq və cərrah, türkcə-farsca «Varlıq» dərgisinin təsisçisi, doktor Cavad Heyət tərəfindən dəstəkləndiyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR