Bakıda «Azərbaycan-Çin: yeni imkanların onilliyi» mövzusunda seminar keçirilib - FOTO

Bakıda «Azərbaycan-Çin: yeni imkanların onilliyi» mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTO
# 05 oktyabr 2013 12:40 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) «Azərbaycan-Çin: yeni imkanların onillliyi» mövzusunda 2003-2013-cü illər ərzində iki ölkə arasındakı çoxsahəli əməkdaşlığın yekunları haqqında elmi seminar keçirilib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri seminarda çıxış edərək Azərbaycanla Çin arasındakı beynəlxalq arenada qarşılıqlı əlaqələrdən, Çinin neft siyasəti sahəsindəki perspektivlərindən, eləcə də iki ölkənin mədəni əlaqələrinin tarixindən söz açıblar.

Seminar çərçivəsində həmçinin, ADU-nun rektoru, millət vəkili Səməd Seyidovun rəhbərliyi ilə Universitetin Çin dili və mədəniyyəti Mərkəzi tərəfindən Azərbaycan və Çin dilində hazırlanmış «İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı» kitabının təqdimatı keçirilib. Təqdimat zamanı Çin dili və mədəniyyəti Mərkəzinin direktoru Rafiq Abbasov ilk öncə Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin irsini araşdıran mərkəzin fəaliyyətindən danışıb. O, həmçinin təqdim olunan kitabda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2003-2013-cü illər ərzində Azərbaycan-Çin ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında həyata keçirdiyi mühüm xidmətlərin geniş əks etdirildiyini qeyd edib.

Elmi seminarın müzakirəsi və kitabın təqdimatı zamanı Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Jiao Huaitin, səfirliyin müşaviri xanım Li Yonghui, səfirin köməkçisi Qu Min, Çinin «Sinxua» informasiya agentliyinin Bakıdakı xüsusi müxbiri Jianq Tieyinq iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR